Azedu.az

Türkiyədə “süni sinif” açan 48 özəl məktəbin lisenziyası ləğv edildi

Xəbərlər

31 Dekabr 2025, 12:21
Türkiyədə “süni sinif” açan 48 özəl məktəbin lisenziyası ləğv edildi

2025-ci ildə Türkiyədə aparılan yoxlamalar zamanı dərslərin keçirilmədiyi və şagird davamiyyətinin nəzərə alınmadığı “süni sinif” açdığı müəyyən edilən 48 özəl məktəbin lisenziyası ləğv edilib.

AzEdu.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, Təhsil Nazirliyi Xüsusi Təhsil Müəssisələri Baş İdarəsinin açıqlamasında bildirilir ki, bəzi şagirdlər dərslərə qatılmayıb və imtahanlarda iştirak etməyib, lakin məktəblər tərəfindən davamiyyət və qiymət qeydlərində saxtakarlığa yol verilib. Eyni zamanda, bu məktəblər *ümumi orta təhsil müəssisələrinə keçid üçün tələb olunan şərtləri təmin etməyiblər.

Bu il həmçinin bir çox özəl məktəbə təxminən 300 milyon TL məbləğində inzibati cəza tətbiq olunub. Qanuna əsasən, “süni sinif” açaraq qanun pozuntusuna yol verən məktəblər üçün üçüncü dəfə pozuntu baş verdikdə lisenziya birbaşa ləğv olunur.

Təhsil Nazirliyi xəbərdarlıq edir ki, özəl məktəblərdə təhsil prosesinə dair yoxlamalar bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Zeynəb Tehranlı

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox