Azedu.az

Odessaya kütləvi dron zərbəsi: Üç uşaq yaralanıb

Xəbərlər

31 Dekabr 2025, 11:26
Odessaya kütləvi dron zərbəsi: Üç uşaq yaralanıb

Rusiya ordusu dekabrın 31-nə keçən gecə Ukraynanın Odessa şəhəri və Odessa vilayətinə kütləvi dron zərbəsi endirib.

Bu barədə AzEdu.az Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata görə, zərbə nəticəsində yaşayış binalarına ziyan dəyib, şəhərdə yanğınlar baş verib və şəhərin bir hissəsi elektrik enerjisiz, susuz və istilik təchizatsız qalıb.

Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, Rusiya hava hücumu Odessada infrastruktura və yaşayış binalarına ziyan vurub. Xüsusilə, şəhərin iki rayonunda çoxmərtəbəli binalara zərbələr endirilib. Binalardan birində mənzillər yanıb.

Həmçinin hücum nəticəsində üçü uşaq olmaqla beş nəfər yaralanıb.

Lısakın sözlərinə görə, yaralananlar arasında 42 yaşlı kişi ağır vəziyyətdə, yeddiaylıq körpə, 14 yaşlı oğlan və səkkiz yaşlı qız orta ağır vəziyyətdədirlər. Bütün zərərçəkənlər tibb müəssisələrinə aparılıblar və onlara lazımi yardım göstərilir.

Rusiyanın şəhərin mülki və enerji infrastrukturunu hədəf aldığı bildirilib. Bölgənin yaşayış məntəqələrindən birində hücum nəticəsində logistika şirkətinin anbarları da yanıb.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox