Alimlər Yunanıstanın Milos adası yaxınlığında Aralıq dənizində geniş hidrotermal (isti su) çıxışlar sahəsini aşkar ediblər.
AzEdu.az xəbər verir ki, yeni araşdırma "Scientific Reports" jurnalında dərc olunub.
Bildirilib ki, sistemin genişliyi və aktiv geoloji quruluşu tədqiqatçıları təəccübləndirib.
Çıxışlar dəniz səthindən 100-230 metr dərinlikdə yerləşir və Aralıq dənizində məlum olan ən böyük orta dərinlikli isti su sistemlərindən biridir. Üç əsas bölgə - Aghia Kiriaki, Paleochori–Thiorychia və Vani müəyyən edilib ki, bunlar aktiv tektonik fay xəttləri boyunca yerləşir.
Tədqiqatçıların fikrincə, bu kəşf Milos adasını Aralıq dənizində Yer qabığının dinamik proseslərini öyrənmək üçün xüsusi əhəmiyyətli sahə kimi çıxarır və gələcək ekspedisiyalar planlaşdırılır.
Zeynəb Tehranlı