Amsterdamda diz əməliyyatından sonra anesteziyadan oyanan 17 yaşlı yeniyetmə bir müddət yalnız ingilis dilində danışıb və ana dili olan holland dilini istifadə edə bilməyib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat problemsiz keçsə də, oyanışdan sonra danışıq qabiliyyətində gözlənilməz dəyişiklik baş verib.
Həkimlərin araşdırmasına görə, bu vəziyyət “xarici dil sindromu” adlanan çox nadir tibbi haldır. Neurologik müayinələr zamanı beyində hər hansı zədələnmə aşkar olunmayıb.
Təxminən 18 saat sonra yeniyetmə holland dilini anlamağa başlayıb, ertəsi gün isə tam sağalaraq hər iki dildə normal danışa bilib. Mütəxəssislər bildirir ki, bu sindrom əsasən böyüklərdə rast gəlinir və yeniyetmələrdə çox nadir hallarda müşahidə olunur.
Zeynəb Tehranlı