Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günədək (19.12.2025) e-ttkf.edu.az elekton portalına 86 010 müraciət daxil olub, 70 112 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Naizrliyindən məlumat verilib.
Onlardan 24 347-si (34.8%) sosial, 45 765-i (65.3%) standart növ təhsil tələbə kreditidir.
Gender bölgüsü üzrə kredit müqavilələrinin 43 891-i (62.6%) qadın, 26 221-i (37.4%) kişi tələbələrin payına düşür.
Rəsmiləşdirilən kreditlərdən 48 587-si (69.3%) bakalavriat, 16 652-si (23.8%) magistratura, 4 379-u (6.2%) orta ixtisas təhsili, 494-ü (0.7%) isə peşə təhsilinə aiddir.