Azedu.az

115 əcnəbi Azərbaycanda təhsil hüququ qazanıb

Xəbərlər

30 Dekabr 2025, 12:59
115 əcnəbi Azərbaycanda təhsil hüququ qazanıb

2025-2026-cı tədris ili üzrə 62 xarici vətəndaş Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Naizrliyindən məlumat verilib.

Onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11 nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə Somali Federativ Respublikasının vətəndaşlarıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir.

HTP çərçivəsində Rumıniya, Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Somali Federativ Respublikası və Qırğız Respublikasından olan 115 əcnəbi tələbə hazırda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alır.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox