Azedu.az

Peşə təhsilinə 27 mindən çox tələbə qəbul olub

Xəbərlər

30 Dekabr 2025, 12:55
Peşə təhsilinə 27 mindən çox tələbə qəbul olub

2025-ci ildə 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu aparılıb. Ümumilikdə 32 620 plan yeri müsabiqəyə çıxarılıb. Onlardan 23 280-i dövlət sifarişli, 8 340-ı isə ödənişli əsaslarladır. Müraciət edən 46 789 nəfərdən 27 021 nəfəri peşə təhsili müəssisələrinə qəbul olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Naizrliyindən məlumat verilib.tələbələrin 84%-i dövlət sifarişli, 16%-i ödənişli əsaslarla qəbul olunub. Onların 39%-i (10 489 nəfər) qadınlardır. Peşə təhsili almaq üçün müraciət edənlərin orta yaş həddi 21, ən aşağı yaş həddi 13, ən yuxarı yaş həddi isə 78-dir.

Qəbul olunan tələbələrdən 65 nəfəri ali təhsilli, 298 nəfəri orta ixtisas təhsillidir. Onlardan 84 nəfəri xarici vətəndaşdır. Peşə təhsilinə müraciət edənlərdən 1254 nəfəri isə cəzaçəkmə müəssisəsində məhkumdur. 

2026-cı il üçün müəyyən edilmiş hədəflərə əsasən peşə təhsilinə qəbul olunan tələbələrin sayının 28 140 nəfərə çatdırılması, eləcə də yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi planlaşdırılır.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox