Azedu.az

22 yaşlı üç iş adamı dünyanın ən gənc milyarderləri oldu

Xəbərlər

29 Dekabr 2025, 22:37
22 yaşlı üç iş adamı dünyanın ən gənc milyarderləri oldu

Dünyada öz sərvətini müstəqil şəkildə qazanmış 40 yaşınadək ən zəngin şəxslərin reytinqi dərc edilib. Siyahıya hər birinin 22 yaşı olan üç iş adamı da daxil olub. Onlar planetin ən gənc milyarderləri olublar.

AzEdu.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Amerikalı sahibkarlar Adarş Hiremat, Brendan Fudi və Surya Midha məktəb illərindən dost olublar. Onlar 2023-cü ildə süni intellekt texnologiyası vasitəsilə kadr seçimi ilə məşğul olan "Mercor" startapını təsis ediblər.

Bildirilib ki, bu ilin oktyabrında şirkətin özəl investorlar tərəfindən qiymətləndirilməsindən sonra həmin iş adamları "dünyada öz gücü ilə uğur qazanmış ən gənc milyarderlər" statusunu alıblar. Onların sərvəti 2.2 milyard dollar dəyərində qiymətləndirilir.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox