Azedu.az

Yerin nüvəsində qeyri-adi vəziyyət qeydə alındı

Xəbərlər

29 Dekabr 2025, 13:30
Yerin nüvəsində qeyri-adi vəziyyət qeydə alındı

Alimlər eksperimental olaraq Yerin daxili nüvəsindəki maddənin unikal fiziki xüsusiyyətlərə malik olduğunu təsdiqləyiblər.

AzEdu.az xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "National Science Review" (NSR) jurnalında dərc olunub.

Tədqiqat göstərib ki, son dərəcə yüksək temperatur və təzyiqdə dəmir bərk kristal quruluşunu saxlayır, lakin onun içindəki daha yüngül elementlər hərəkətli qalır.

Müəlliflərin sözlərinə görə, bu xüsusiyyətlərin kombinasiyası daxili nüvənin çoxdan məlum olan xüsusiyyətini - zəlzələnin təhlili zamanı qeydə alınan kəsmə seysmik dalğaların aşağı yayılma sürətini izah edir. Daha əvvəl bu müşahidələr tamamilə bərk nüvənin klassik modeli ilə uyğun gəlmirdi.

Bu hipotezi sınamaq üçün alimlər laboratoriya şəraitində yüksəksürətli zərbə alətlərindən istifadə edərək dəmir və karbon ərintisini sıxırdılar və Yerin dərinliklərindəki parametrlərə yaxın olan təzyiq və temperatur yaradırdılar. Ölçmələr göstərib ki, kristal çərçivəsinin qorunması halında materialın sərtliyi adi bərk dəmirdən daha az olur.

Əldə edilən nəticələr Yerin quruluşu haqqında mövcud təsəvvürləri dəqiqləşdirir və planetin maqnit sahəsinin əmələ gəlməsi və dəyişməsi ilə əlaqəli prosesləri daha yaxşı başa düşməyə kömək edə bilər.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox