Azedu.az

ABŞ-də qadın uşaqların bayram hədiyyələrini oğurladı

Xəbərlər

28 Dekabr 2025, 09:22
ABŞ-də qadın uşaqların bayram hədiyyələrini oğurladı

ABŞ-də bir qadın Milad ağacının altından uşaq hədiyyələrini oğurladığına görə həbs olunub.

AzEdu.az xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Daily Star" məlumat yayıb.

Məlumata görə, 44 yaşlı Erika Rotenbüler Florida ştatının Sankt-Peterburq şəhərindəki "Red Roof Inn" hotelinə daxil olub və Milad ağacının altında nə isə axtarmağa başlayıb.

Kameralar qadının uşaqlar üçün oraya qoyulmuş altı oyuncağı götürdüyünü lentə alıb. Oğurlanmış hədiyyələrin dəyəri 48 dollar olub.

Həbsdən sonra şübhəli hədiyyələrin uşaqlar üçün olduğunu, lakin özünün övladı olmadığını qeyd edib.

Rotenbülerin əvvəllər də mağazadan oğurluq etdiyi məlum olub.

ABŞ-də qadın uşaqların bayram hədiyyələrini oğurladı

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox