Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.
AzEdu.az xəbər verir ki, Dekabrın 24-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edərək buraya köçən sakinlərlə görüşüblər.
Görüş zamanı Prezident İlham Əliyev Qarabağ Universiteti haqqında danışarkən duyğulu anlar yaşayıb:
“Dünən Qarabağ Universitetinin yeni korpusunun açılışında idim. Tamamilə sıfırdan tikilmiş gözəl bir binadır. Tələbələr və müəllimlərlə tədris prosesinin necə getdiyi ilə maraqlandım.
Bəzi müəllimlər dərs demək üçün xaricdən gəlir, bəziləri isə Azərbaycanın müxtəlif bölgələrindən. Mən onları bura nə cəlb etdiyini, motivasiyalarının nə olduğunu soruşdum. Mənə dedilər ki, Qarabağ… Qarabağ bizi cəlb edir".