Startaplar, gənc ixtiraçılar, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarını yeni ixtiralara həvəsləndirmək məqsədilə müəyyən stimullaşdırıcı addımların atılması məqsədəuyğun olardı. Həmçinin, ixtira və patentlərin istehsalata və bazara çıxarılmasını stimullaşdıran mexanizmlərin hazırlanmasına da ehtiyac var.
AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vasif Qafarov deyib.
Deputat qeyd edib ki, ixtira və patentlərin istehsalata və bazara çıxarılmasını stimullaşdıran mexanizmlərin hazırlanmasına da ehtiyac yaranıb.
"Bu yanaşma gəncləri innovativ ideyalara təşviq edər və nəticə etibarilə ölkədə bu sahənin inkişafına xidmət edər", - deputat əlavə edib.