Azedu.az

6033 xarici kvalifikasiyadan 4333-ü tanındı, 834-ü rədd edildi

Xəbərlər

26 Dekabr 2025, 11:57
6033 xarici kvalifikasiyadan 4333-ü tanındı, 834-ü rədd edildi

"Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub".

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün ilin yekunlarına dair hesabat görüşündə çıxışı zamanı qeyd edib.

"Bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib. 866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 

834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. 

Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1% təşkil edir".

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox