Azedu.az

Çin kosmosa rabitə peykləri qrupunu buraxıb

Xəbərlər

26 Dekabr 2025, 08:41
Çin kosmosa rabitə peykləri qrupunu buraxıb

Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası SatNet orbitli rabitə peyklərinin 17-ci qrupunu uğurla kosmosa buraxıb.

AzEdu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti WeChat sosial şəbəkəsində məlumat yayıb.

Buraxılış cümə günü yerli vaxtla saat 07:26-da Çinin cənubundakı Haynan əyalətində yerləşən Vencan kosmodromunun kommersiya meydançasından həyata keçirilib. Start zamanı CZ-8A (“Çançjen-8A”) daşıyıcı raketindən istifadə olunub.

Qeyd olunur ki, bu buraxılış “Çançjen” raketləri seriyası üçün 620-ci missiya olub.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox