Azedu.az

İran kosmik fəzaya üç peyk buraxacaq

Xəbərlər

22 Dekabr 2025, 18:00
İran kosmik fəzaya üç peyk buraxacaq

İran Kosmik Agentliyinin (ISA) rəhbəri Həsən Salariye dekabrın 28-ində kosmosa yerli istehsal olan üç peyk buraxılacağını bəyan edib.

AzEdu.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Onun sözlərinə görə, buraxılışlar Rusiyada "Şərq" kosmodromunda "Soyuz" daşıyıcı raketi vasitəsilə həyata keçiriləcək. Peyklərin təxminən 500 kilometr yüksəklikdə yerləşən yer kürəsinin aşağı orbitinə çıxarılması nəzərdə tutulub.

Bu gün "Press TV" kanalı "Zafar-2" və "Paya" peyklərinin Rusiya "Soyuz" daşıyıcı raketinin separator blokuna uğurla inteqrasiya edildiyini bildirib. İnteqrasiya ilə bağlı bütün müvafiq sınaqlar uğurla başa çatıb.

İran Elm və Texnologiya Universitetində hazırlanmış "Zafar-2" peyki, əvvəlki versiyasından fərqli olaraq, təsvir alma və telekommunikasiya üzrə təkmilləşib.

"Paya" peyki yerin məsafədən tədqiqi missiyalarının mühüm hissəsidir və müxtəlif tapşırıqlar üçün 5 m (ağ-qara) və 10 m (rəngli görüntülər) yüksək ayırdetmə qabiliyyətinə malik məlumatlar təqdim edir. O həmçinin kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, ətraf mühitin monitorinqi və şəhərin xəritəyə alınması kimi mühüm sektorlarda istifadə olunacaq.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox