Fövqəladə Hallar Nazirliyi ölkənin təhlükəsizliyini və fövqəladə hallar idarəçiliyini təmin edən əsas qurumlardan biridir və bu qurumda qəbul edilən qərarların effektivliyi birbaşa rəhbər heyətin peşəkarlığından asılıdır.
Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı onların fövqəladə hallar sahəsində həyata keçirdikləri islahatların mahiyyətini düzgün dəyərləndirməyə imkan verir.
AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.
Bu yazıda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinləri- Rəfail Mirzəyev, Faiq Tağı-zadə, Etibar Mirzəyev, Orucəli Hacıyev, Tapdıq Əmiraslanov və Adil Abdullayevin təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

Rəfail Xalid oğlu Mirzəyev 19.02.1959-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Ailəlidir, 3 övladı var.

Faiq Cavad oğlu Tağı-zadə tibb xidməti general-leytenantı
17.11.1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir.
Etibar Böyükbəy oğlu Mirzəyev general-leytenant
30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib.

Orucəli Məmməd oğlu Hacıyev
20.04.1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib.

Tapdıq Əhliman oğlu Əmiraslanov
07.02.1978-ci ildə Moskva şəhərində anadan olub. ABŞ Hyuston Universiteti və St. Thomas Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Adil Ələsgər oğlu Abdullayev general-leytenant
21.09.1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.