Azedu.az

26 min manat mənimsəyən məktəb direktoru cəzalandırıldı

Xəbərlər

22 Dekabr 2025, 16:23
26 min manat mənimsəyən məktəb direktoru cəzalandırıldı

Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərov 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunmaqla 3500 manat cərimə edilib.

AzEdu.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Azər Əsgərov Cəlilabad Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunub.

İş materiallarından məlum olur ki, A.Əsgərov məktəb direktoru olduğu dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamaqda təqsirləndirilib.

Məhkəmə prosesi zamanı Azər Əsgərov verilmiş ittihamla özünü təqsirli bilib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox