Azedu.az

"Şəhərsalma və Memarlıq ili": AzMİU-dan GÖZLƏNTİLƏR

Xəbərlər

22 Dekabr 2025, 16:13
"Şəhərsalma və Memarlıq ili": AzMİU-dan GÖZLƏNTİLƏR

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamına əsasən 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib. 

Maraqlıdır ki, keçdiyimiz günlərdə 50 illik yubileyini qeyd edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəaliyyət istiqamətləri üzrə növbəti il üçün hansı maraqlı məqamları proqnozlaşdırmaq olar?

AzEdu.az-a mövzu ilə bağlı AzMİU-nun media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev danışıb. 

174863

Müsahibimiz qeyd edib ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ali təhsil, elmi-tədqiqat və şəhərsalma sahələrinin inkişafına töhfə verəcək:

"Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam ölkəmizin çoxəsrlik memarlıq və şəhərsalma ənənələrinə göstərilən yüksək diqqət və qayğının parlaq təzahürüdür.

Bu mühüm qərar bir daha təsdiqləyir ki, şəhərsalma və memarlıq Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasında, milli kimliyin qorunmasında və dayanıqlı gələcəyin formalaşdırılmasında prioritet sahələrdən biridir. Dövlət başçısının rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma layihələri, xüsusilə azad edilmiş ərazilərdə tətbiq olunan innovativ və “yaşıl” şəhərsalma yanaşmaları bu sahəyə verilən strateji əhəmiyyətin bariz nümunəsidir".

2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ali təhsil, elmi-tədqiqat və şəhərsalma sahələrinin inkişafına töhfə verəcək:

Qərar memarlıq və inşaat sahəsində kadr hazırlığını gücləndirməyə və tədris-elmin inteqrasiyasını genişləndirməyə imkan yaradır:

"2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması memarlıq və şəhərsalma praktikası ilə yanaşı bu sahələr üzrə ali təhsil və elmi-tədqiqat fəaliyyətinin inkişafına da mühüm töhfə verəcək. Bu qərar memarlıq, şəhərsalma və inşaat mühəndisliyi ixtisasları üzrə müasir çağırışlara cavab verən kadr hazırlığının gücləndirilməsinə, tədris proqramlarının yenilənməsinə, elmin, təhsilin və istehsalatın daha sıx inteqrasiyasına yeni imkanlar açır.

AzMİU ölkədə memarlıq, şəhərsalma və inşaat sahələri üzrə ixtisaslı kadr hazırlığının aparıcı mərkəzi kimi dövlətin müəyyən etdiyi prioritetlərə uyğun şəkildə tədris, elmi araşdırma və innovasiya fəaliyyətini daha da genişləndirməyə hazırdır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində universitetimizdə beynəlxalq səviyyəli elmi konfransların, forumların, yaradıcılıq müsabiqələrinin, tematik layihələrin və maarifləndirici tədbirlərin sayını daha da artırmağı planlaşdırırıq. Əminik ki, bu əlamətdar il Azərbaycan şəhərlərinin tarixi irsinin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər mühitinin formalaşdırılmasına, eyni zamanda yeni nəsil memar və mühəndislərin peşəkar inkişafına güclü təkan verəcək".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox