Azedu.az

Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib

Xəbərlər

22 Dekabr 2025, 13:20
Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib

Türkiyənin Mersin vilayətində orta məktəb şagirdi təhsil müəssisəsinin direktoru Ender Karuya tüfənglə atəş açıb.

AzEdu.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə vilayətin Anamur rayonunda məktəb ərazisində baş verib.

Məlumata görə, ötən həftə məktəb direktoru şagirdə velosipedlə təhsil müəssisəsinə gəldiyi üçün irad tutmuşdu. Hadisə günü şagird məktəbə tüfənglə gəlib və direktora həyətdə atəş açıb.

Hadisə yerinə tibbi və jandarm briqadaları göndərilib. Ağır yaralı Ender Kara Anamur dövlət xəstəxanasına aparılıb, orada ona tibbi yardım göstərilir.

Şübhəli şəxs saxlanılıb və dindirilmək üçün jandarm bölməsinə aparılıb. Baş vermiş hadisə ilə bağlı araşdırma başladılıb.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox