Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, 77-GK-835 dövlət nömrə nişanlı "Hummer" və 99-TY-561 dövlət nömrə nişanlı "Opel" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində "Opel" avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.