Azedu.az

Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

Xəbərlər

21 Dekabr 2025, 14:14
Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, İdman Akademiyasının rektoru Fuad Hacıyev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Oyunlarda 130 uşaq paralimpiyaçı iştirak edib. Onlar 8 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıblar. Bu dəfəki Uşaq Paralimpiya Oyunları əvvəlki Oyunlara nisbətən daha çox olmaqla 8 idman növündə keçirilib.

Sonda qaliblərin mükafatlandırma mərasimi olub. Həmçinin Oyunlarda iştirak edən digər paralimpiyaçı uşaqlara sertifikat və hədiyyələr təqdim edilib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox