Estoniyada məktəb avtobusunun sürücüsü Rusiya Prezidenti Vladimir Putinin çıxışını dinlədiyinə görə işdən çıxarılıb.
AzEdu.az xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.
Məlumata görə, İda-Virumaa peşə təhsili mərkəzinin rəhbəri Hendrik Aqur Estoniyada məktəb avtobusuna minib və radioda Putinin açıqlamalarını eşidəndə şoka düşüb.
"Putin danışırdı. Şagirdlərimiz təhsil səfərlərinə və praktik təcrübələrə məhz belə mühitdə gediblər. Bu dəhşətlidir", - Aqur bildirib.
Direktorun təşəbbüsü ilə sürücü işdən azad edilib.
Qeyd edək ki, bu günlərdə Putin qaynar xətt təşkil edərək 5 saat ərzində ona ünvanlanan sualları cavablandırıb.