Milli Məclis dekabrın 23-də keçiriləcək iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edəcək.
AzEdu.az xəbər verir ki, qanun layihəsi Azərbaycanla Türkiyə arasında təhsil sahəsində mövcud əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsini və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini nəzərdə tutur.
Həmçinin iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də Milli Məclisdə müzakirə ediləcək.