Azedu.az

ABŞ-də xroniki problem: şagirdlər dərsə gəlmir

AzEdu Təhsil Platforması

19 Dekabr 2025, 17:12
ABŞ-də xroniki problem: şagirdlər dərsə gəlmir

ABŞ‑ın K‑12 (ibtidai və orta məktəb) səviyyəsində şagirdlərin dərsə davamiyyətində ciddi problemlər müşahidə olunur. Təhsil ekspertləri xəbərdarlıq edir ki, xroniki şəkildə dərsə gəlməmək təhsilin keyfiyyətinə mənfi təsir göstərir və şagirdlərin akademik nailiyyətlərini azalda bilər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki,  bu problemin həlli üçün məktəblər və yerli icmalar arasında əməkdaşlıq gücləndirilməli, valideynlər və müəllimlər şagirdlərin məktəb mühitinə cəlb edilməsində aktiv rol oynamalıdır.

Məqsəd, məktəbdən uzaqlaşan şagirdlərin uğursuzluq riskini azaltmaq və təhsildə fasiləsizliyi təmin etməkdir.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox