Alimlər 520 milyon illik, daxili orqanları qorunmuş nadir bir fosil aşkar ediblər.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bu kəşf, canlıların erkən inkişaf mərhələlərini və Kembri dövründəki həyatın təkamülünü araşdırmaq üçün unikal imkan yaradır.
Fosil Youti yuanshi adlandırılıb və Çindəki qədim qayalarda tapılıb. Tədqiqatçılar onun daxili strukturlarını – beyin bölgələri, həzm sistemi, sinir sistemi və qan dövranına aid elementləri – qorunmuş şəkildə müşahidə edə biliblər. Bu cür nazik və kövrək canlıların fosilləşməsi çox nadir hallarda baş verir.
Tədqiqatçılar fosili 3D skan texnologiyası ilə araşdıraraq anatomik xüsusiyyətlərini detallı şəkildə öyrəniblər. Bu tapıntı, bugünkü buğumayaqlıların - xərçənglər, həşəratlar və hörümçəklər kimi növlərin – əcdadlarının anatomik quruluşunu aydınlaşdırmağa kömək edir.
Durham Universitetinin alimləri fosilin nadirliyi ilə bağlı bildiriblər ki, bu tapıntı paleontologiyada əhəmiyyətli bir hadisədir. Youti yuanshi fosili hazırda Yunnan Universitetində saxlanılır və Kembri dövrünün təkamül prosesini anlamağa davam edir.