Azedu.az

Tələbələr türkdilli əlyazmalar barədə məlumatlandırılıb

AMEA

27 Fevral 2025, 15:14
Tələbələr türkdilli əlyazmalar barədə məlumatlandırılıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi Samirə Əliyeva “İnstitutumuzun fondunda qorunan türkdilli əlyazmalar” mövzusunda mühazirə oxuyub.

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinin iştirak etdiyi təlimdə alim institutda qorunub saxlanılan türkdilli əlyazmalardan bəhs edib, onlardan nümunələr göstərib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox