Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 12:17:00
Direktor olmaq istəyənlərin mütləq bilməli olduqları meyarlar –Məktəb sənədləri  

 

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması, maliyyə-təsərrüfat sənədləri barədədir.

AzEdu.az məlumat verir ki, bu məsələlər “Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat”da qeyd olunub.

Təlimata əsasən, maliyyə-təsərrüfat sənədlərinə bunlar aiddir:

Məktəbin texniki pasportu, əsas vəsaitlərinin ventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymtəli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı.

Onlardan biri də əsas vəsaitlərin inventar siyahısıdır. Bu sənəd əsas vəsaitlərin (kitabxana əmlakından başqa) operativ uçotunu aparmaq üçün tətbiq olunur və maddi-məsul şəxslərdə saxlanılır.

İnventar siyahılarında uçot əsas fondların təsnifatına uyğun olaraq bina və qurğular, tədris avadanlığı və inventar, yataq lavazimatı, paltar və ayaqqabı, təsərrüfat inventarı, nəqliyyat vasitələri və i.a. üzrə ayrılıqda aparılır. Bu sənəd məktəbdə daimi saxlanılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları