Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 17:18:00
Buraxılış imtahanlarının bütün keçirilmə tarixləri məlum oldu

Məlum olduğu kimi, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu.

AzEdu.az xəbər verir ki,  artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.

Qeyd edək ki, tam 11 illik orta təhsil bazasında eksternat qaydasında  imtahan  isə 26 aprel tarixində keçiriləcək. 11 illik tam orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı 3 may,  buraxılış II mərhələ  üzrə eksternat qaydasında imtahan verənlər üçün imtahan isə 6 sentyabrda keçirilməsi nəzərdə tutulur