XƏBƏRLƏR

20.01.2020 14:16
Kurikulum üzrə situasiya tipli sual nümunələri –MİQ-ə hazırlaşanlar üçün

 

 AzEdu.az  MİQ müsabiqəsinə hazırlaşanlara kömək məqsədi ilə kurikulum üzrə təqdim edilən situasiya tipli sual nümunələrini təqdim edir:

Qeyd edək ki, sualları kurikulum üzrə təlimçi-müəllim Mahir Əhədov tərtib edib:

  1. Həsən müəllim dərs zamanı ön partada oturan şagirdlərlə daha çox məşğul olur, onları daha çox fəallaşdırırsa, Həsən müəllim pedaqoji prosesin təşkilinin hansı prinsipini pozur?
  2. A) Pedaqoji prosesin tamlığı

B)Dəstəkləyici mühitin yaradılması

C)Təlimdə bərabər imkanların yaradılması

D)Şagirdyönümlülük

E)İnkişafyönümlülük

  1. Nərmin müəllim dərsin 10 dəqiqəsinu dərsdənkənar söhbətlərlə keçirir. Bu zaman fasilitasiyanın hansı qaydası pozulmuş olur?

A)Məlumatla təminetmə

B)Təşkilatı dəstəklənmə

  1. C) Psixoloji dəstəklənmə

D)Fikrin təhrik olunması

E)Hamısını

3.Şagird dərsə 15 dəqiqə gecikir və yalan danışaraq yolda tıxac olduğunu deyir. Müəllim isə uşağın yalan danışdığını bilir. Bu müəllimin hansı qabiliyyətindən irəli gəlir?

  1. A) Didaktik

B)Kommunikativ

C)Perseptiv

D)Konstruktiv

E)Təşkilatçılıq

  1. Leyla müəllim dərsini qruplarla keçəcəyini dəqiqləşdirərək şagirdləri say etibarilə hər qrupda 5 nəfər olmaqla 5 yerə  ayırır. Müəllim bu zaman şagirdlərin bilik və bacarıq səviyyələrini nəzərindən qaçırdığı üçün dərsin gedişatında 2 qrupun çox fəal, digər 3 qrupun isə tamamilə zəif olduğunu görür. Bu müəllimin hansı bacarığının zəifliyindən irəli gəlir?

A)Didaktik

B)Akademik

C)Təşkilatçılıq

D)Tədqiqatçılıq

E)Ünsiyyət

5.Ceyhun müəllim MİQ müsabiqəsində 58 bal toplayaraq yeni pedaqoji fəaliyyətə başlayıb. Lakin Ceyhun müəllimin dərsi şagirdlərə çətin gəlir və istənilən nəticə əldə edilmir. Bu müəllimin hansı pedaqoji qabiliyyətinin zəifliyindən irəli gəlir?

  1. A) Akademik

B)Perspektiv

C)Tədqiqatçılıq

D)Kommunikativ

  1. E) Didaktik

 

  1. Gülnar müəllimə şagirdi Jalənin dərslərdə əvvəlki kimi fəal olmadığını və durğunluq yarandığını görərək ona yaxınlaşır və Jalə ilə fərdi söhbət edir. Jalə əvvəl gizlətməyə çalışsa da, sonradan həqiqətləri deyərək ailəsində bir neçə gündür problemlərin olduğunu və bunun ona pis təsir etdiyini deyir və gözləri yaşarır. Bu zaman Gülnar müəllimə Jaləni qucaqlayaraq ona mənəvi dəstək olur ki, bu da uşaqda müəyyən qədər rahatlıq yaradır. Bu zaman müəllim hansı bacarığından istifadə etmiş olur?
  2. A) Perseptiv
  3. B) Didaktik
  4. C) Kommunikativ
  5. D) Konstruktiv
  6. E) Suqqestiv

 

  1. Aytən müəllimə Muradı fənn olimpiadasına göndərmək istəyir və onun adını olimpiadaya gedən şagirdlər arasında qeyd edərək məktəb rəhbərliyinə təqdim edir. Murad isə dərsdən sonra müəlliməsinə yaxınlaşaraq özündən əmin olmadığını və nəticəsinin aşağı olacağından narahatlıq keçirdiyini bildirir. Aytən müəllimə şagirdi ilə hər dərs psixoloji söhbətlər edərək onda özünəgüvəni tam bərpa edir. Bu müəllimin hansı bacarığından irəli gəlir?
  2. A) Akademik
  3. B) Kommunikativ
  4. C) Suqqestiv
  5. D) Təşkilatçılıq
  6. E) Perseptiv
  7. Günel müəllimə yeni müəllimlik fəaliyyətinə başlamasına baxmayaraq sinifindəki şagirdlərin, demək olar hamısı onun Coğrafiya dərslərini həvəslə oxuyurlar. Çünki Günel müəllimə dərslərini daha çox praktiki formada, video resurslar və rəqəmsal xəritələrdən istifadə edərək keçir, həmçinin hər bir şagirdə diqqət yetirməyə çalışır.

Müəllimə təlimin təşkilinə verilən hansı tələbi uğurla yerinə yetirmiş olur?

  1. A) Pedaqoji prosesin tamlığı
  2. B) Təlimdə bərabər imkanların yaradılması
  3. C) Fəaliyyətin stimullaşdırılması
  4. D) İnkişafyönümlülük
  5. E) Şagirdyönümlülük
Günel Yaşarqızı Müəllifin digər yazıları