Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 17:58:00
Yeniyetmələrin III Qış Olimpiya Oyunları

İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin III Qış Olimpiya Oyunları keçirilir.

 AzEdu.az xəbər verir ki, oyunlarda 15-18 yaşlı 1872 idmançının mübarizə aparacağı nəzərdə tutulub. Bu il ilk dəfə olaraq yarışacaq qız və oğlan atletlərin sayı proqrama əsasən, bərabər götürülüb.

 Azərbaycan, Albaniya, İtaliya, Pakistan, Qətər, Sinqapur və digər ölkələrdən gələn, 79 Olimpiya Komitəsini təmsil edən qonaqları Cenevrə aeroportunda oyunların rəsmi talismanı ilə Lozanna rəsmiləri qarşılayıblar.

 Verilən məlumata görə, İtaliya təmsilçiləri San-Marino bayrağı altında çıxış edəcəklər. Onlar 69 nəfərlik heyətlə təmsil olunurlar.

 Oyunlar yanvarın 22-də yekunlaşacaq. (Azərbaycan müəllimi)