XƏBƏRLƏR

11.12.2019 16:30
UNEC doktoranturaya və dissertanturaya qəbul elan edib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, qəbul qaydalarına əsasən, doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan vətəndaşları qəbul olunurlar. “Elmlər doktoru” elmi dərəcəsi almaq üçün “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi sayılan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri, 2 il elmi-pedaqoji iş stajı və minimum 3 beynəlxalq nüfuzlu jurnalda məqalə dərc etdirən namizədlərə üstünlük verilir.

Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu dekabrın 28-dək davam edəcək.