Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 11:45:00
Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Almaniyanın Justus Libix adına Gisen Universitetinin Coğrafiya Departamenti arasında anlaşma memorandumu imzalanıb.

Coğrafiya İnstitutundan AzEdu.az-a bildirilib ki, memoranduma əsasən, hər iki qurum arasında birgə tədqiqat fəaliyyəti, doktorant və tələbələrin, elmi nəşrlər və məlumatların, eləcə də tədqiqat, mühazirə və müzakirələr üzrə heyət üzvlərinin mübadiləsi nəzərdə tutulur.

Sənədi Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Gisen Universitetinin Coğrafiya Departamentinin rəhbəri Andreas Dittmann imzalayıblar.