Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 11:59:00
Bakıda “Pekin Təhsil Sərgisi 2019” keçirilir

Çin hökumətinin “Bir kəmər – bir yol” təşəbbüsünün inkişafı və Azərbaycan-Çin humanitar əməkdaşlığının genişlənməsi çərçivəsində Bakıda “Pekin təhsil sərgisi” keçirilir.

AzEdu.az xəbər verir ki, Çin Xalq Respublikası təhsilinin 70 illiyinə həsr olunan tədbirdə Azərbaycan universitetləri ilə yanaşı, Pekinin 7 aparıcı təhsil müəssisəsi də iştirak edir.

Pekin Bələdiyyəsinin Təhsil Komissiyasının Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil etdiyi sərginin keçirilməsində məqsəd iştirakçıları Çində təhsil almaq və ölkələrimiz arasında tələbə mübadiləsi imkanları ilə tanış etməkdir.

Tədbirdə çıxış edənlər belə sərgilərin iki ölkə arasında təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsində, tələbə mübadiləsində olduqca əhəmiyyətli olduğunu vurğulayıblar.