Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-09 09:37:55
Müəllimi əsaslı şəkildə işdən çıxaranda ƏMRdə nələr yazılır?- Diqqət  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra yerlərdə başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı əmək qanunvericiliyi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Direktor müəllimi əsaslı şəkildə işdən azad edirsə, əmək müqaviləsinin ləğvi haqqında əmrdə nələri qeyd etməlidir?

Cavab:

AzEdu.az xəbər verir ki, əmək müqaviləsinin ləğvi haqqında direktorun əmrində aşağıdakı məlumatlarq eyd edilməlidir:

-Təhsil müəssisəsinin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;

-İşçinin adı, atasının adı və soyadı;

-Əmək müqaviləsi üzrə işçinin vəzifəsinin adı;

-Əmək müqaviləsinin ləğv edilməsinin əsası;

-Həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;

-Əmək müqaviləsi ləğv edilən gün, ay və il;

-Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

Məlumatların biri göstərilməyibsə, əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

Qeyd edək ki, əmək müqaviləsinin ləğvi üçün əsas hesab edilən müddəalar Əmək Məcəlləsində əksini tapıb.

Sözügedən rayonlar üzrə direktor namizədlərin müsahibələri isə  sentyabrın 21-dək davam edib. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları