Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
AzEdu.az DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 24-ü saat 12:30-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1021 nəfər ərizə verib.
Sentyabrın 17-də başlanan sənəd qəbulu oktyabrın 17-də yekunlaşacaq.
Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (761 vəzifə) tərəfindən çıxarılıb.