2019-09-12 17:42:00
Misir Mərdanov direktor seçildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib.
Akademiyadan AzEdu.az-a verilən məlumata görə, FRTEB-nin akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, bugünkü iclasda bölmənin Fizika, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri və Biofizika institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək. N.Məmmədov qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Sonra səsvermənin nəticələri bölməyə daxil olur.
Bölməyə təqdim olunan sənədlərin baxılması üçün texniki ekspertiza komissiyasının yaradıldığını deyən alim FRTEB-in bugünkü iclasında gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunacağını bildirib.
Daha sonra akademik Yusif Məmmədov müsabiqə komissiyasının və ekspertlərin yekun rəylərini diqqətə çatdırıb.
İclasda bölmənin elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri akademik Cavad Abdinov olmaqla, tərkibi seçilib.
Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.
Səsvermədə 40 bölmə üzvündən 34-ü iştirak edib.
Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Bu bölməyə aid digər xəbərlər
İsa Həbibbəyli: "Azərbaycan seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur"
2023-11-29 11:57:59
TÜBİTAK-ın AMEA ofisi yaradılıb
2023-11-19 10:31:00
AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiqləndi
2023-07-18 09:24:40
Magistrlərin “Məzun günü” keçirilib
2023-07-07 13:52:20
AMEA-nın “tefal alimləri”, yoxsa "Pensiya fondu"na çevrilmiş “flaqman”? - İTTİHAM
2023-06-06 10:54:00
AMEA: Gəncləşmə siyasətində magistraturanın çox böyük rolu var
2023-03-16 12:19:24
Seysmologiya üzrə kadrlara ehtiyac var – İsa Həbibbəyli
2023-03-16 11:48:13
AMEA-nın Ümumi yığıncaq - nazir də iştirak etdi
2023-03-16 11:46:20
“Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” - elmi konfrans
2023-03-04 12:01:00
Dissertasiya şuralarının fəaliyyəti müzakirə olunub
2023-03-02 09:05:14
kitabı
ÇOX OXUNANLAR
22 Mart 2024, 14:01
Qəbul imtahanları asan olacaq? – “Abituriyentlərdə yersiz rahatlıq var”
23 Mart 2024, 10:05
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH
22 Mart 2024, 09:50
Ali məktəblərə qəbul prosesi: Universitetlərə həvalə olunsa...
24 Mart 2024, 15:37
Qapı arxasında qalan 4 yaşlı uşaq belə xilas edildi - Video
19 Mart 2024, 17:30
Orta ixtisas təhsili müəssisələrinə direktor təyinatı qaydası dəyişib
21 Mart 2024, 11:14
Bağça müəllimlərinin sertifikasiyası: Psixoloji vəziyyətləri yoxlanılmalıdır
24 Mart 2024, 12:15
Şagirdlərdə riyaziyyat fənninə necə maraq oyatmaq olar?
24 Mart 2024, 17:26
Tələbələrin köçürülməsi ilə bağlı yeni QAYDALAR
FACEBOOK