Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-24 09:34:00
Bakalavriatura diplomunu təsdiqlətmək istəyənlərin nəzərinə! – Tələb olunan sənədlər

Xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir.

Xaricdə bakalavriatura üzrə ali təhsil alan şəxslərin diplomlarının nostrifikasiyası üçün həmin namizədlərdən aşağıdakı sənədlər tələb edilir.

AzEdu.az tələb olunan sənədləri təqdim edir:

Elektron ərizə (yalnız ani.edu.gov.az internet səhifəsi vasitəsilə);

Ali təhsil haqqında sənəd [diplom] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi);

Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə [transkript] (əslivə notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi);

Şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);

Ümumvətəndaş (xarici) pasportunun(larının) şəkil olan və sərhədkeçməni (giriş/çıxış) bildirən bütün möhürlü səhifələri ilə birlikdə elektron surəti [skan] ;

Hərbi biletin və ya hərbi xidmətinin qeydiyyatı haqqında arayışın elektron surəti [skan] .

Xüsusi halda – Köçürülmə.

Köçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan] tələb olunur. 

Xüsusi halda – Orta ixtisas diplomu əsasında qəbul.

Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda – həmin diplomun elektron surəti [skan] tələb olunur.

Xatırladaq ki, 2 və 3-cü bəndlərdə göstərilmiş sənədlər təqdim olunmadan öncə verildiyi ölkədə leqallaşdırılmalıdır. 

Bütün sənədlər elektron ərizə vasitəsilə göndərilməlidir. Elektron poçt, məktub və ya şəxsən təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər. 

Qeyd edək ki, tələb olunan hər bir sənəd, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir.