Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-20 14:19:00
“Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb.

AzEdu.az xəbər verir ki, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovun sözlərinə görə, elmi resursların əlaqələndiricisi kimi dünyada aparıcı mövqeyə malik “EBSCO” ilə əməkdaşlıq Azərbaycan elminin dünya elminə inteqrasiyası və inkişafına müsbət təsir göstərəcək. Səbuhi Qəhrəmanov imzalanmış razılaşmaya əsasən, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının elmi tədqiqatlar və nəşrlər bazası olan “EBSCO”ya daxil edildiyini söyləyib. Nəzərə çatdırıb ki, AMEA-nın digər elmi jurnallarının da beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, “Türkologiya” jurnalı 2017-ci ildən ABŞ-ın MLA və SIS, Hollandiyanın SAJI, Türkiyənin TEI və SOBİAD, 2018-ci ildən isə Almaniyanın COSMOS IMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilib.