XƏBƏRLƏR

02.08.2019 15:29
Rezidenturaya qəbul olunanlardan baza qeydiyyatı zamanı bu sənədlər tələb olunacaq

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350-si təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Qəbul olanlar 2 avqustadək ixtisasa uyğun vaxtda sənədlərini müvafiq qurumlara təhvil verib,  qeydiyyatdan keçməlidirlər.

Bu zaman Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olunanlar öncə sənədlərini Səhiyyə Nazirliyinə təqdim edir, qeydiyyatdan keçirlər. Kliniki baza və kurator seçimi bəlli olduqdan sonra isə onlar baza qeydiyyatından keçməlidirlər.

AzEdu.az xəbər verir ki, bu zaman rezidentlərdən aşağıdakı sənədlər tələb olunacaq:

-3x4 ölçüdə fotoşəkil (6 ədəd);

-Diplomun surəti (4 ədəd) ;

-Diplomun notarial qaydada təsdiqi (1 ədəd);

-Tərcümeyi hal vərəqi (2 ədəd);

-Kadrların uçot vərəqi (2 ədəd);

-Kağız qovluq (1ədəd);

-Ailəlidirsə, nigah haqqında şəhadətnamənin surəti (4 ədəd);

-Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (4ədəd);

-Sığorta kartı və əmək kitabçası;

-Hərbi biletin surəti;

-Şəxsiyyəti təsdiq edən sənədin arxasına anasının qız soyadı mobil və ev əlaqə nömrələri yazılır;

-Əlillik dərəcəsi varsa, sənədin surəti;

-Qaçqın və məcburi köçkünlüyü təsdiq edən sənədin surəti;

-Elektron registr (həkimlər, tibb bacıları vəs.).

Qeyd edək ki, rezidenturaya qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların təhsildən imtina etməsi kimi qiymətləndiriləcək.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu