Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 10:00:00
Bu sənədləri təqdim etməmək təhsildən imtina kimi qiymətləndiriləcək – Zəruri xəbərdarlıq

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350-si təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Qəbul olanlar 2 avqustadək ixtisasa uyğun vaxtda sənədlərini müvafiq qurumlara təhvil verib,  qeydiyyatdan keçməlidirlər.

Bu zaman Azərbaycan Tibb Universitetinin rezidenturasına qəbul olunanlar öncə sənədlərini Səhiyyə Nazirliyinə təqdim edir, qeydiyyatdan keçirlər. Kliniki baza və kurator seçimi bəlli olduqdan sonra isə onlar sənədlərini baza qeydiyyatı olaraq Azərbaycan Tibb  Universitetinin Rezidentura şöbəsinə təqdim etməli olacaqlar.

AzEdu.az xəbər verir ki, şöbənin məlumatına görə, bu proses zamanı aşağıdakı sənədlər tələb olunacaq:

-Ali tibb təhsili haqqında diplom və surəti (4 nüsxə);

-Şəxsiyyəti təsdiq edən sənədin surəti (4 nüsxə);

-Yaşayış yerindən arayış;

-Nikah haqqında şəhadətnamənin surəti ( mövcud olduğu halda);

-Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (mövcud olduğu halda);

-Sağlamlıq haqqında arayış;

-Hərbi biletin surəti (mövcud olduğu halda);

-Dövlət sığorta şəhadətnaməsinin surəti (mövcud olduğu halda);

-Tərcümeyi-hal (geniş ailə tərkibi haqqında);

-Kadrların şəxsi uçot vərəqi (3x4 ölçüdə, fotoşəkil yapışdırılmış, ev və mobil telefon nömrələri, qeydiyyatda olduğu və daimi yaşadığı ünvan);

-Əmək kitabçası (mövcud olduğu halda);

-Əmək müqaviləsi;

-3x4 fotoşəkil (4 ədəd);

-Fayl (2 ədəd);

-Qovluq.

Qeyd edək ki, rezidenturaya qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların təhsildən imtina etməsi kimi qiymətləndiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları