Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-17 09:40:00
Atanın övladına hazırladığı məktəbli çantası bütün ölkəni kövrəltdi -FOTO  

Təhsil hər kəsin gələcəyində rol oynayacaq əsas meyarlardan biridir. Lakin BMT-dən verilən məlumata görə, dünyada təxminən, 60 milyon uşaq məktəbə getmir. Bunun  əsas səbəbi isə yoxsulluqdur. 

Dünyanın bir çox yerində, minlərlə uşaq məktəbə getmək əvəzinə, ailələrinə dəstək olmaq, ya da bacı-qardaşlarına baxmaq üçün işləmək məcburiyyətində qalır.

AzEdu.az xarici KİV-ə istinadən, mövzuyla əlaqəli maraqlı və təsirli detalı təqdim edir:

Əksəriyyətimiz üçün əlçatan olan məktəb ləvazimatlarını əldə edə bilməmək minlərlə şagirdi təhsildən uzaq salır.

Valideynlər övladlarının daha yaxşı gələcəyə sahib olmaları üçün daim əllərindən gələni edirlər. Bir atanın bu istiqamətdə atdığı addım yaxın günlərdə sosial şəbəkələrdə geniş marağa səbəb olub.

5 yaşındakı kombociyalı NY Kenqin  məktəbə  götürdüyü qeyri-adi məktəbli çantası müəllimi Sofos  Sounun diqqətini cəlb edir. Müəllim şagirdinin çantasını sosial şəbəkədə paylaşdıqdan sonra, bu hadisə müzakirələrə səbəb olub.

Paylaşımdan sonra Soun adi məktəbli çantasının  qiymətinin 30000 riel (7 dollar) olduğunu və bu məbləğin heç də hər kəs üçün əlçatan olmadığını bildirib.

Əslində isə Kenqin  təsərrüfatla məşğul olan atası vəziyyətdən çıxış üçün maraqlı çıxış yolu tapıb, çanta hazırlamışdı: Maddi imkanı çatmadığı üçün o, palma iplərindən istifadə edərək oğluna qeyri-adi çanta hazırlayıb.

Müəllimin sosial şəbəkə paylaşımından sonra bir çox yardımsevər ailəyə dəstək olmaq istəyiblər.

Rəna Nəbi