Azedu.az

Xəzər Universitetinə rektor əvəzi təyin olunub

Ali təhsil

15 Mart 2025, 13:26
Xəzər Universitetinə rektor əvəzi təyin olunub

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.

AzEdu.az Teleqraf.az-a istinadla xəbər verir ki, bu barədə ali məktəbin Direktorlar və Qəyyumlar Şurası qərar qəbul edib.

Qərara əsasən, Xəzər Universitetinin rektoru səlahiyyətlərinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor, professor Məhəmməd Nuriyevə həvalə olunub.

M.Nuriyev 1946-cı ildə Zaqatalada andan olub. Texnika elmləri doktorudur. 1997-ci ildən Xəzər Universitetində çalışır.

Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib. Onun rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub. İ.Xəlilova hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.

Xatırladaq ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sərdi professor Hamlet İsaxanlıdır.

 

 

Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox