Azedu.az

Təsviri sənət istiqaməti üzrə xüsusi qabiliyyət imtahanlarında olan yeniliklər bu jurnalda nəşr ediləcək

Qabiliyyət imtahanı

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Dekabr 2021, 13:37
Təsviri sənət istiqaməti üzrə xüsusi qabiliyyət imtahanlarında olan yeniliklər bu jurnalda nəşr ediləcək

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarına həsr edilən təsviri sənət istiqaməti üzrə işçi qrupunun növbəti iclası keçirilib.

 


Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri sənət istiqamətinə aid ixtisasları üzrə kadr hazırlığını həyata keçirən mütəxəssisləri iştirak ediblər.
İşçi qrup 2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında olan yeniliklər və rəsm imtahanının alt qiymətləndirmə meyarlarını müzakirə edib.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcək.

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox