Azedu.az

Dölün ana bətnində tələf olmasının ilkin səbəbi açıqlanıb - YENİLƏNİB

Xəbərlər

15 Aprel 2025, 14:40
Dölün ana bətnində tələf olmasının ilkin səbəbi açıqlanıb - YENİLƏNİB

Ağdamda dölün ana bətnində tələf olmasının ilkin səbəbi açıqlanıb.

TƏBİB-dən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində 2004-cü il təvəllüdlü şəxs hamiləliyin 41-ci həftəsinin doğuş sancıları ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, ona təkdöllü spontan doğuş, hamiləliyin sonunda döl başının tibbi yardım göstərilməsini tələb edən yüksək duruşu, döl qişalarının vaxtından əvvəl cırılması diaqnozları təyin olunub.

Məlumata görə, müraciət zamanı qadının səhhətinin ağırlaşması səbəbindən saat 11:10 radələrində Cərrahiyyə blokuna yerləşdirilib. Zəruri instrumental-diaqnostik müayinələrə baxmayaraq, vətəndaşın kliniki ölüm halı qeydə alınıb.

Həkimlərin çoxsaylı müdaxiləsi sayəsində qadının həyatı xilas edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Ölü doğulan körpənin meyiti təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

12:44

Ağdam rayonunda doğuş vaxtı kliniki ölüm keçirən 24 yaşlı qadının bətnindəki döl tələf olub.

AzEdu.az xəbər verir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasında doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızınıpn halı qəfil pisləşib.

İlkin müayinə zamanı onun öldüyü müəyyən edilib. Həkimlərin yardımı sayəsində ana F.Yusifovaya tibbi müdaxilələr edilərək onun ürək fəaliyyərinj bərpa etmək mümkün olub. Onun bətnindəki döl tələf olub.

Hazırda F.Yusifovanın səhhəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox