Ötən həftə 260 yanğına çıxış olub.
AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 260 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 3 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 21-i azyaşlı olmaqla 48 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.