Azedu.az

2 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı yoxlama APARILIB

Xəbərlər

11 Aprel 2025, 18:44
2 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı yoxlama APARILIB

Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb. 

Mövzu ilə bağlı AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Nəticədə bağçanın sabiq müdiri Abbasova Kəmalə Vaqif qızının fəaliyyəti zamanı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmdiyinə dair əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən o, 12 iyul 2024-cü ildə vəzifəsindən azad edilib. 

Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib. Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnaməsinə əsasən onun iddiası təmin edilməyib

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox