Azedu.az

Qlobal faciə: Uşaqların ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır

Xəbərlər

27 Mart 2025, 09:20
Qlobal faciə: Uşaqların ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır

İsveçdə uşaqların əsas ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qırmızı Xaç, “Majblomman”, “Uşaqları xilas edin” təşkilatları və Kirayəçilər Assosiasiyası tərəfindən hazırlanmış birgə hesabatda deyilir. Mənzil, qida və kommunal xidmətlərin artan xərcləri azgəlirli ailələrə daha çox təsir edir.

Araşdırmaya görə, aşağı gəlirli ailələrin orta hesabla altısından beşi yaxın aylarda övladlarını təmin edə bilməyəcəklərindən narahatdır. Valideynlərin təxminən üçdəbiri etiraf edib ki, son altı ayda uşaqlarını doyurmaq üçün özləri azı bir dəfə yeməkdən imtina ediblər.

Tək valideynlər xüsusilə ağır vəziyyətdədir; onların yarısı tam qidalana bilmir, təxminən yarısı yemək, yaşayış və elektrik xərclərini ödəmək üçün pul borc alıb, hər dörd ailədən biri isə vaxtında kommunal xərclərini ödəyə bilməyib.

İqtisadi təzyiq uşaqların sosial təcridinə səbəb olur; onlar dərnəklərdə iştirak edə bilmirlər.

“İsveç Uşaq Hüquqları Konvensiyasına dair öhdəliklərini yerinə yetirə bilmir. Getdikcə daha çox ailə yemək, geyim və yaşayış yeri kimi əsas ehtiyacları təmin etmək üçün kömək istəyir. Valideynlərdən eşidirik ki, maaşlar artıq ən zəruri tələbatları belə ödəyə bilmir. Burada söhbət dəbdəbədən deyil, soyuducunu doldurmaqdan gedir”, – deyə təşkilatların nümayəndələri qeyd edərək, uşaq yoxsulluğunun artmasının qarşısını almağa və hər bir uşağın layiqli həyat hüququnu qorumağa imkan verəcək siyasi həllər tələb ediblər.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox