Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.
AzEdu.az "Report"a istinadən xəbər verir ki, bunu Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva deyib.
O qeyd edib ki, Mərkəzə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənən bir neçə nəfər daxil olub. Onlardan üçü azyaşlı olmaqla, 6 nəfər ürəkbulanmadan, qusmadan şikayət edib.
Xəstələr tibbi yardımlardan sonra evə buraxılıb.