Azedu.az

Daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Xəbərlər

22 Mart 2025, 12:25
Daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Azərbaycanın Ukraynadakı diaspor fəalları Novruz bayramında xalqımızın ənənələrini yaşatmaqda davam edirlər.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamenti və yerli QHT-lərin birgə təşəbbüsü və təşkilatçılığı ilə Lvovda daun sindromlu uşaqlar üçün bayramı tədbiri keçirilib. Onlara novruz sovqatları çatdırılıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov bildirib ki, Azərbaycan diasporu özünün humanizm prinsipinə sadiq qalaraq kimsəsiz, autizmli, talassemiyalı və daun sindromlu uşaqlar üçün müxtəlif sosial layihələrdə iştirakını davam etdirir. Novruz bayramında həyata keçirilən bu layihə, yalnız sevinc və təbəssüm paylaşmaqla kifayətlənməyib, həm də ictimai fərqliliyə dəstək və yaxınlıq nümunəsi göstərib. Bu kimi təşəbbüslər, cəmiyyətimizdə mərhəmət, birgəlik və dəstək mədəniyyətini gücləndirir.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox