Azedu.az

Rus bölməsi üçün Azərbaycan dili imtahanları rəqəmsallaşdırılacaq

17 Mart 2025, 17:11
Rus bölməsi üçün Azərbaycan dili imtahanları rəqəmsallaşdırılacaq

Gələcəkdə rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsallaşdırılacaq.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu imtahanlar hələ ki, kağız variantında keçirilir, yaxın gələcəkdə onlayn formata keçiriləcək: "Dövlət İmtahan Mərkəzi müəyyən bir mərhələdən sonra bu imtahan əsasında Azərbaycan dili üzrə sertifikatlar verəcək. Hələki, imtahanın pulsuz olduğu dövrdə hər bir müəllimi, alimi, mütəxəssisi imtahandan keçməyə çağırırıq".

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox